Bakıda 32 min ədəd aksiz markası olmayan pivə aşkarlanıb

Bakıda külli miqdarda xaricdən gətirilmiş pivə aşkarlanıb.


Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Badamdar şossesi 1-ci massiv, ev 261-də yerləşən “MAC Alan” MMC-yə məxsus anbardan 32 min 400 ədəd aksiz markası olmayan "Heinken" pivəsi aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri