Türkiyədə BMT baş katibinin təşəbbüsü ilə Dünya Humanitar Sammiti keçirilir
- 23.05.2016, 12:12,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə tarixdə ilk dəfə Dünya Humanitar Sammiti keçirilir.
APA-nın məlumatına görə, BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammitdə böhrana məruz qalan insanlarla ölkə liderlərinin ilk dəfə bir araya gələcək. Sammitdə dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.
Sammitdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcək.
Dövlət başçısı və xanımı artıq Türkiyədədir.