Aktrisa: Kişilər mənə çılpaq şəkillərini göndərir

Aktrisa: Kişilər mənə çılpaq şəkillərini göndərir Uşaq yaşlarından ailəsi ilə birgə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Hurriyet”ə müsahibə verib.



Aktrisa müsahibəsində maraqlı fikirlər səsləndirib.


“Ayaq, sinə və boy-buxun əhəmiyyətli deyil. Hər şey baxışla ölçülür. Məni həmkarlarımdan fərqləndirən bir şey varsa, o da gözlərimdəki mənadır. Baxışlarımla ruhumu köçürməyə çalışıram. Özümü gözəllik və erotizmlə ifadə edirəm”, - deyə Cavadzadə bildirib.


Nəsrin instaqramda kişilərin ona çılpaq fotolar göndərdiyini iddia edib:

“İnstagqramda mənə çılpaq şəkillərini göndərirlər. Əvvəllər çox kədərlənirdim. Amma sonra ağlıma dahiyanə bir fikir gəldi. İndi heç birini silmirəm, çılpaq fotolardan ibarət sərgi açacam. Şəxsiyyətlərini də açıqca göstərəcəm”.


Aktrisa “Siz Türkiyədə kimi seksual hesab edirsiniz?” sualına belə cavab verib:



“Türkiyədə Penelope Cruz və ya Eva Mendes kimi şəhvətli qadınlar görə bilmirəm. Bunun səbəbi hər halda həyatın ikiüzlü tərəfidir: içlərində olmasına baxmayaraq, o duyğuları ortaya çıxarmaqlarına icazə verilmir. Yenə də Türkiyədə bunu bacaran tək bir ad var: Tarkan”.



İndiyə qədər 20-yə yaxın mükafatın sahibi olan aktrisa Tarkanın bir klipində rol almaq üçün bütün mükafatlarını geri verə biləcəyini də deyib.


Aktrisa: Kişilər mənə çılpaq şəkillərini göndərir
Aktrisa: Kişilər mənə çılpaq şəkillərini göndərir
Aktrisa: Kişilər mənə çılpaq şəkillərini göndərir
Aktrisa: Kişilər mənə çılpaq şəkillərini göndərir
Aktrisa: Kişilər mənə çılpaq şəkillərini göndərir
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri