Masallıda 39 yaşlı kişi həmkəndlisini öldürüb
- 24.05.2016, 10:44,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Masallıda qətl törədilib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Bədalan kəndində kənd sakini, 1977-ci il təvəllüdlü Afiq Yusubov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1971-ci il təvəllüdlü Əzim Əzimovu bıçaqlayaraq öldürüb. A.Yusubov qətli törətdikdən sonra qaçıb.
Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.