Mirça Luçesku “Zenit” klubu ilə müqavilə imzalayıb

Məşhur futbol məşqçisi Mirça Luçesku Sankt-Peterburqun “Zenit” klubu ilə müqavilə imzalayıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, o, bu vəzifədə portuqlaiyalı Andre Villaş-Boaşı əvəzləyəcək.

71 yaşlı rumıniyalı mütəxəssis bir il uzadılması mümkünlüyü ilə 2 illik müqaviləyə imza atıb. Müqavilənin başqa detalları hələ ki, açıqlanmır.

Xatırladaq ki, Mirça Luçesku müxtəlif illərdə “İnter” (Milan), “Qalatasaray”, “Beşiktaş”, son 12 ildə isə “Şaxtyor” (Donetsk) klubunda uğurla çalışıb.
Şərhlər
İdman bölməsinin xəbərləri