Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Şəkiyə səfər edib
- 14.04.2013, 16:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin başçılıq etdiyi nümayəndə heyəti Şəki şəhərinə gəlib.
Çin Xalq Respublikasının baş prokurorunu bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, Azərbaycanın Ədliyyə Naziri Fikrət Məmmədov, Baş prokrorun birinci müavini Rüstəm Usubov və digər qonaqlar müşayət edib. Qonaqlar ilk öncə Yuxarı Karvansarayda olublar.
Burada qonaqlar qiymətli əl işləri ilə tanış olub, yerli kollektivlərin ifasında milli rəqslərə tamaşa ediblər.
Şəki şəhər icra başçısı Elxan Usubov Çinli qonaqlara milli artibutların əks olunduğu xalça, Şəki ipəyi hədiyyə edib.Qonaqlara Şəkinin ipəkçilik ənənəsi ilə bağlı məlumat verilib.
Bildirilib ki, ipəkçilik Şəki və Çini birləşdirən xüsusiyyətlərdir. Daha sonra nümyəndə heyəti Şəki Xan Sarayında və Kiş Alban məbədinə olublar. Ali qonağın diqqətinə çatdırılıb ki, Şəkidə yerləşən bu abidələr qədim tarixə malikdir.
Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminq də öz növbəsində burada gördüklərindən məmnun qaldığını deyib, qonaqpərvərliyə görə təşəkkür edib. Çinin Azərbaycandakı səfiri Xun Tsyuin də Şəkiyə səfərinin maraqlı keçdiyini deyib. Diplomat iki ölkə arasındakı dostluq münasibətlərindən bəhs edib.
Daha sonra nümayəndə heyəti Şəkidə İnşa olunan Regional Məhkəmə Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Ədliyyə Naziri Fikrət Məmmədov burada görülən işlər barədə ali qonağa məlumat verib.
Bildirilib ki, Regional Məhkəmə Kopleksinin inşasına 2012-ci ilin noyabrında başlanılıb. Məhkəmə Kompleksi 4 məhkəmədən: regional apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və rayon məhkəmələrindən ibarətdir.
Daha sonra Çinin Baş proktoru Çao Cianminq və Azərbaycan Ədliyyə Naziri Fikrət Məmmədovun başçılıq etdiyi heyət Penitensiar Xidmətin Yeni inşa olunmuş Qarışıq Tipli Cəzaçəkmə Müəsisəsində olub.
Qonaqlar burada yaradılımış şəraitlə yaxından maraqlanıb. Bildirlib ki, hazırda bu cəzaçəkmə müəssisəsinə son tamalanma işləri gedir və 1 ay ərzində istifadəyə verilməsi planlaşdırılır.