XİN Araz Əzimovun İsrailə və Fələstinə səfəri ilə bağlı bəzi məlumatlara aydınlıq gətirib

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri ilə bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirib.

APA-nın məlumatına görə, Hikmət Hacıyev bildirib ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri, keçirdiyi görüşləri və apardığı danışıqları barədə XİN-nin mətbuat xidmətinin açıqlamasında məlumat verilib.

Onun sözlərinə görə, mətbuat açıqlaması müvafiq olaraq XİN-nin rəsmi internet saytı və sosial şəbəkə profillərindən əldə edilə bilər: “Bundan kənar hər hansı şərhlər və ya iddia edilən iqtibaslar yalnız bəzi KİV-in təhrifləridir”.

Qeyd edək ki, bəzi KİV-lərdə Araz Əzimovun guya İsrail parlamentində keçirilən görüşdə İranın nüvə ambisiyasından imtina etmədiyini deyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri