Azərbaycan prezidenti və Türkiyənin yeni baş naziri arasında telefon danışığı olub

Azərbaycan prezidenti İlham Əliyev mayın 24-də Türkiyənin baş naziri Binəli Yıldırıma zəng edib.

APA-nın məlumatına görə, dövlət başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

B. Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri