Gəncəyə güclü yağış yağıb, bəzi tikililərin zirzəmilərinə su dolub

Bu gün saat 15 radələrində Gəncəyə qısa müddətli yağan dolu sonra güclü yağış və küləklə əvəzlənib.

APA-nın verdiyi məlumata görə, güclü yağış şəhər təsərrüfatına ziyan vurmasa da, bəzi tikililərin zirzəmilərinə su dolub. Gəncə şəhər Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin su çəkən avtomobilləri hazırda su dolan zirzəmilərdə işləyir.

Təhlükəsizlik məqsədi ilə şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaransa da, artıq şəhərdə enerji təminatı bərpa olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri