Con Kerri: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək verməkdə sadiqdir”
- 25.05.2016, 10:45,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ dövlət katibi Con Kerri 28 may-Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
APA-nın Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Con Kerri təbrik məktubunda prezident Barak Obama və Amerika xalqı adından Azərbaycan xalqını təbrik edərək, artıq bir neçə on illiklərdir ki, ABŞ və Azərbaycanın, həm Avropa daxilində həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi uğrunda birgə çalışdıqlarını qeyd edib: “Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının dinc və sabit gələcəyini təmin etmək üçün iqtisadi imkanlarının inkişafına dair tədbirləri təşviq edir və dəstəkləyir”.
“Azərbaycan Avropa bazarına enerji daşıyıcılarının tədarükçüsü kimi mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir.
ABŞ terrorçuluğa qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir.
Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək verməkdə sadiqdir”, - deyə Con Kerri qeyd edib.