Mərkəzi Bank: FRS-in uçot dərəcəsini artırması manatın məzənnəsinə güclü təsir etməyəcək
- 25.05.2016, 14:57,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, FRS-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.
E.Rüstəmob bildirib: "Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur".