Rəqsanədən özəl günündə seksual fotosessiya
- 25.05.2016, 15:30,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rəqsanə fərqli obrazlara girdi: Kövrək, zərif, ecazkar, şıltaq, həssas və cazibədar.
Müğənni Rəqsanə İsmayılova bu gün ad gününü qeyd edir.
Live.az-ın məlumatına görə, ifaçı ad günündə təəssüratlarını bölüşüb: “Artıq ad günümdür. Çox şükür bu günümə. Bu günə qədər çox əziyyət gördüm. Yıxıldım, durdum, yenə ayağa qaldım. Allahım məni bütün sınaqlardan çıxardı, qınayan da oldu, başa düşən də. Yenə də Allahım dayanma gücü verdi. Demirəm mən böyük bir insanam, sadəcə xoşbəxt insanam ki, Allahım mənə səs verdi, oldum xalqımın sevimli Rəqsanəsi. Heç zaman heç kimə yuxarıdan aşağı baxmadım, baxmaram da. Çünki məni Rəqsanə edən siz tamaşaçılarım oldu. Bu gün təmtəraqlı ad günü keçirmək niyyətində deyiləm. Sadəcə yaxınlarımın əhatəsində olacam”.
İfaçı onu da əlavə edib ki, doğum gününə özəl olaraq fotosessiya etdirib. Fotolarda 6 müxtəlif obraz canlandıran Rəqsanənin 17 kilo arıqladığını bildirib. Fotosessiya Moskvada gerçəkləşib və müğənninin imici üzərində əcnəbi stilistlər çalışıb. İfaçının üzərindəki libaslar isə qızı Aysun İsmayılovanın əl işidir.
Qeyd edək ki, R.İsmayılova 1979-cu ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayıb. İfaçılığa Rusiyanın Moskva şəhərində başlayan Rəqsanə, daha sonra vətənə qayıdaraq sənətini Bakıda davam etdirib.