Nəsrin Cavazadə: “Kişilər çılpaq fotolara görə üzr istədi”

Nəsrin Cavazadə: “Kişilər çılpaq fotolara görə üzr istədi” Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin kişilərin sosial şəbəkədə ona çılpaq fotolarını göndərdiyi və həmin fotolardan sərgi açacağı barədə açıqlamasından sonra minlərlə kişi aktrisadan üzr istəyib.


Live.az xəbər verir ki, aktrisa bu haqda “İnstagram səhifəsində məlumat yayıb: “Ötən gün çox təəccübləndirici hadisə baş verdi, hələ də təsirindəyəm. Minlərlə adam öz həmcinslərinin mənə çılpaq foto göndərməsinə görə məndən üzr istədi. Mesajların hamısını oxumaq mümkün olmasa da, əksəriyyətində “Təəccübləndim, çox utandım, sizdən üzr istəyirəm” sözləri yazılmışdı. Dəyərli kişilər, təəccüblənməyin. Saxta profil açıb cazibədar qadın şəkili paylasanız eyni halla rastlaşacaqsınız. Sizlərdən aldığım mesajlar mənə güc və ümid verdi. Qadına qarşı törədilən cinayətlərə görə ölkəmiz ilk sıralardadır. Amma anladım ki, insanlıq tam olaraq ölməyib. Deməli, hələ də ümid var. Təşəkkür edirəm, çox sağ olun, gözəl anaların gözəl oğulları ...”


Qeyd edək ki,aktrisa “Hüriyyet” qəzetinə müsahibəsi zamanı bildirib ki, “İnstaqram”da kişilər ona çılpaq fotolarını göndərir:“ “İnstagram”da mənə çılpaq şəkillərini göndərirlər. Ağlıma bir fikir gəldi. İndi heç birini silmirəm, çılpaq fotolardan ibarət sərgi açacağam. Şəxsiyyətlərini də açıqca göstərəcəyəm.”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri