Dilarə boşanma xəbərindən danışdı

Dilarə boşanma xəbərindən danışdı Azərbaycanın “Eurovision –2014” mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova boşanma xəbərinə münasibət bildirib.



Live.az-ın məlumatına görə, müğənni Qafqazinfo-ya açıqlamasında bildirib ki, şəxsi həyatının müzakirə olunmağını istəmir:



“Şəxsi həyatımın müzakirə olunmağını istəmirdim, hazırda da istəmirəm. Bu barədə çox danışmaq fikrim yoxdur. Şəxsi həyatım qoy şəxsi həyatımda qalsın. Mən heç vaxt bu barədə danışmamışam. Qoy cavab verməməyim insanların beynində şübhə yaratsın. Mənim üçün bu vacib deyil. Özümü həmişə sənət və musiqiyə vermişəm. İnsanlar mənim ifa etdiyim mahnıları düşünsün. İstərdim ki, hər kəs sənətimlə maraqlansın. İnsanlar var ki, şəxsi həyatı haqda danışmaq istəmir. Mən də belə insanlardanam”.



Xatırladaq ki, müğənninin boşanmağı barədə xəbər yayılmışdı. Xəbərdə Mərt Aslan adlı türkiyəli iş adamı ilə evlənin müğənninin bir müddətdir ki, həyat yoldaşı ilə münasibətlərinə son qoyduğu qeyd olunmuşdu.



Dilarə boşanma xəbərindən danışdı
Dilarə boşanma xəbərindən danışdı
Dilarə boşanma xəbərindən danışdı
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri