Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb
- 27.05.2016, 10:16,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.
Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki, aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib.