Səmra Rəhimli V-ci elementdə

Səmra Rəhimli V-ci elementdə Azərbaycanın “Eurovision- 2016” təmsilçisi Səmra Rəhimli “5-ci element” verilişinin qonağı olub.


Live.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə onu tənqid edənlərə cavab verib:


“Öz sənət yoldaşlarım saxta profillər açıb instaqramda məni təhqir edirdilər. Müğənnilərin qohumları oturub mənə yazırdı. O insanları tanıyırdım. Çox yersiz bir hərəkət idi. Həmin şəxslər ingilis dilində şərhlər yazırdılar. Nəyə lazım idi? Siz mənim qısa geyinməyimi tərbiyəsizlik kimi görürsüzsə, niyə şərh bölməsinə söyüş yazırsız? Bu, nə dərəcədə tərbiyəli bir addımdır? İnsanlar tərbiyəni paltarın uzunluğuna görə ölçür”.


Səmra Niderland təmsilçisinin qucağında çəkilmiş fotosundan da danışıb:

“Konsertə baxırdıq, deyib-gülürdük. Niderland təmsilçisi gəlib şəkil çəkdirmək istədi. Məni qəflətən qucağına qaldırdı. O, Fransa və İspaniya təmsilçilərini qucağına aldı, heç kəsdə bu qədər şişirtmədi. Çoxları hər şey geyinir, ancaq efirdə görsətmirlər. Həmin insanlar efirdə uzun geyimdən istifadə edə bilərlər. Amma onlar haqqında nələr eşidirik”.


Sənətçi bu il keçirilən “Eurovision”da siyasətin ön plana çıxdığını deyib:

“Finalda hamımız şok olduq. Fransa , Rusiya və Avstraliyanın birinci olacağını düşünürdük. Özümü 17-ci yerdə yox, 5-likdə görürdüm. Mahnım və şoum haqqımda yaxşı fikirlər eşidirdim. Bu günə kimi mənə yazırlar, deyirlər ki, haqsızlıq olub”.


Azərbaycan təmsilçisi açıq-saçıq geyinməyinə də münasibət bildirib:

“Bizim istəklərimizi nəzərə almağa çalışırdılar. Ancaq üzərimizdə stilistlər çalışırdı, obraz yaradırdı. Başa düşə bilmirəm. Paltarlarımda qeyri-adi nə var idi? Şəhərə çıxanda məndən də açıq geyinən xanımlar görürəm. Ən çox qırmızı xalçada geyinən paltarım müzakirə olundu. O geyimdə özümü nağıl qəhrəmanına bənzədirdim”.


S. Rəhimli ailə quracağı barədə yayılan xəbərlərə aydınlıq gətirib:

“Müsabiqəyə gedəcəyim barədə xəbərlər yayıldı. Dostlarım mənə yazdı ki, bax, sən o biriləri kimi ərə getmə, karyeranı davam elə. Hər kəsin öz seçimi, qisməti var. Heç kəs bilmir ki, sabah nə baş verəcək. Anam deyir ki, yox, ərə getmə. O, hər zaman yanımda olur”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri