Binəli Yıldırım Azərbaycana iyunun 3-də səfər edəcək
- 27.05.2016, 22:14,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycana planlaşdırılan səfərinin dəqiq tarixi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, B. Yıldırım ölkəmizə iyunun 3-də səfər edəcək.
***
Türkiyənin yeni baş naziri Binəli Yıldırımın ilk xarici səfər proqramı bəlli olub.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, B. Yıldırım ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcək. O, iyunun 1-də Şimali Kiprə yola düşəcək və prezident Mustafa Akıncı, baş nazir Hüseyn Özgürgün ilə görüşəcək.
B. Yıldırım daha sonra Azərbaycana gələcək və prezident İlham Əliyevlə görüşəcək.