İmişlidə avtomobil velosipedçini vuraraq öldürüb
- 28.05.2016, 11:52,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İmişlidə yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
APA-nın məlumatına görə, ölən velosipedçi rayonun Göbəktala kənd sakini, 1984-cü il təvəllüdlü Əmrahov Zabil Əvəz oğludur.
***
İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil hələlik şəxsiyyəti məlum olmayan 20-25 yaşlı velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.