“Real Madrid” Çempionlar Liqasının qalibi olub
- 29.05.2016, 02:52,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasının final matçı keçirilib.
Milanda keçirilən həlledici qarşılaşmada İspaniyanın 2 klubu – “Real” və “Atletiko” üz-üzə gəlib. “San Siro”da baş tutan Madrid derbisində “Real” qalib gəlib.
“Real”ın müdafiəçisi Serxio Ramos matçın 15-ci dəqiqəsində hesabı açıb.
“Atletiko”nun oyunçusu Yannik Farreyra-Karrasko görüşün 79-cu dəqiqəsində hesabı bərabərləşdirib. Oyunun əsas hissəsi 1-1 hesabı ilə başa çatıb.
Əlavə olunmuş vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq olan “Real” Çempionlar Liqasının qalibi olub.
Çempionlar Liqası
Final
28 may
“Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya) - 1:1 (əsas vaxt)
Qollar: Serxio Ramos, 15 - Karrasko, 79
Penaltilər seriyası - 5-3
Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. “San Siro” stadionu