Bakıda 39 yaşlı kişi özünü öldürüb

Bakıda intihar hadisəsi baş verib. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun 2-ci Alatava 2 N ünvanında qeydə alınıb.


Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Qayıblı Fərman Böyükağa oğlu yaşadığı evdə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri