Ötən gün axşam saatlarında Xızı rayonunun Xələflər kəndi ərasinində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə APA-ya Xızı rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) cinayət işi başlanıb.
Hələlik saxlanılan yoxdur. Avtobusun sürücüsü hadisə zamanı ağır bədən xəsarətləri alıb və hazırda xəstəxanadadır.
Qeyd edək ki, ötən gün Xızı rayonu ərazisində “Hyundai” markalı mikroavtobus aşıb. Qəza nəticəsində 3 nəfər ölü, 21 nəfər xəsarət alıb.
***
Mayın 29-da Xızıda baş verən yol qəzası nəticəsində ölən sərnişinlərdən sonuncusunun da şəxsiyyəti müəyyənləşib.
APA-nın məlumatına görə, həmin şəxs Sərxan Abdullayevdir.
Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
***
Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.
APA-nın xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.
Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır.
Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.