Elmar Məmmədyarov Azərbaycan-NATO iclasında iştirak etmək və həmsədrlərlə görüşmək üçün Brüsselə gedib
- 30.05.2016, 13:17,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.
XİN-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, nazir NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun 31 may 2016-cı il tarixində Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.