Lerik sakininin qulağını kəsməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Lerik rayonunun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilən zaman oğlu Rəfael İsiyevin qulağını kəsməkdə şübhəli bilinən kənd sakinləri 1982-ci il təvəllüdlü Əlirza Seyidəli oğlu İsiyev və 1988-ci təvəllüdlü Natiq Rzaxan oğlu Əliyev tutulublar.

APA-nın məlumatına görə, onlar bu gün səhər radələrində Lənkəran ərazində yaxalanıblar.

Hər iki şəxs barəsində həbs-qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslər zərərçəkənin qohumlarıdır.

Faktlar bağlı Lerik rayon Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri