Robert Prosineçki: "Rəqibə iki top “hədiyyə etdik”

“İki fərqli hissə izlədik. İlk yarıda biz pis oynadıq. Rəqibə iki top “hədiyyə etdik”. Normal ötürmələr verə bilmirdik”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Makedoniya ilə oyundan (1:3) sonra deyib.

O, ikinci hissədə fərqli oyununu olduğunu qeyd edib: “Hesabı bərabərləşdirə bilərdik, bilmirəm niyə alınmadı. Analiz etmək lazımdı. Ümumiyyətlə, ikinci hissədən razıyam.Təəssüf ki, ikinci qolu vura bilmədik. Bəhanələr səsləndirmək istəmirəm. Bəli, futbolçular mövsümün sonunda yorğundular. Ancaq bu, məğlubiyyətə haqq vermir”.
Şərhlər
İdman bölməsinin xəbərləri