Səfirlik: 8 yaşlı erməni uşaq Bakıdadır
- 31.05.2016, 10:15,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yerli hakimiyyət nümayəndələri ilə razılaşmadan sonra oğlana ölkəyə girişə icazə verilib.
Bakı hava limanında şəxsiyyətin müəyyənləşdirilməsi üçün dayandırılmış, Azərbaycana anası ilə gəlmiş Rusiyanın 8 yaşlı vətəndaşı Luka Rubenoviç Vardanyan hal-hazırda anası ilə birlikdə Bakıdadır.
Live.Az xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Beləliklə erməni KİV-lərinin erməni uşağın Azərbaycana girişinin qadağan edilməsi haqqında yaydığı informasiya təkzib edilib.
Səfirlik Rusiyadan Bakıya gəlmiş erməni uşağı ilə bağlı hadisəni şərh edib:
“Mayın 29-da Rusiya səfirliyinə saat 13:00-da Bakıya gəlmiş Rusiyanın 8 yaşlı vətəndaşı Luka Rubenoviç Vardanyanın Bakı Beynəlxalq Hava Limanında pasport nəzarətinin keçməsi zamanı Azərbaycana buraxılışı ilə bağlı çətinlikləri yaranması barədə zəng daxil olub.
Səfirliyin əməkdaşı dərhal hava limanına gəlib. Yerli hakimiyyət nümayəndələri ilə razılaşmadan sonra oğlana ölkəyə girişə icazə verilib. Hal-hazırda o, anası ilə birlikdə Bakıdadır”.
Qeyd edək ki, Rusiya vətəndaşı olan anası ilə birgə Bakıya gələn erməni əsilli uşağın Azərbaycana buraxılmaması barədə məlumatı erməni KİV və blogerləri yaymışdılar.