Gəncədə avtomobillə vurulan 26 yaşlı oğlan ölüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhərin “Sovxoz Nizami” adlanan ərazisindəki Üzeyir Hacıbəyov küçəsində şəhər sakini, 1981-ci il təvəllüdlü Vüqar Seyfullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Seymur İbrahimovu vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri