Gezi Parkı aksiyalarında həbs edilmiş 27 xarici ölkə vətəndaşından 22-i azad edilib
- 18.06.2013, 01:31,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbulda, Ankarada və Əskişəhərdə bu günə qədər keçirilmiş aksiyalarda 27 nəfər xarici ölkə vətəndaşı gözaltına alınıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 22-i İstanbulda, 4-ü Ankarada və 1-i Əskişəhərdə həbs edilib.
Məlumatda deyilir ki, artıq onlardan 21-i sərbəst buraxılıb, 6-ı haqqında isə araşdırmalar davam etdirilir. İstanbulda həbs edilmiş 22 nəfərdən 19-u azadlığa buraxılarkən, alman əsilli birisi ölkədən çıxarılıb.
Qeyd edək ki, gözaltına alınmış şəxslərin İran, Rusiya, Fransa, İngiltərə, Almaniya, Yunanıstan və Kanada vətəndaşları olması da bəlli olub.