Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə-Bakı avtomagistralının 4-cü km-də nəmalum avtomobil Gəncə sakini 49 yaşlı Qurbanov Şahin Aydın oğlunu vuraraq, hadisə yerindən qaçıb.


Şəxs hadisə yerindəcə keçinib. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Nəsimi Vəliyevin Kəpəz televiziyasına verdiyi məlumata görə, ilkin tibbi ekspertizanın rəyinə əsasən Şahin Qurbanov hadisə zamanı sərxoş vəziyyətdə olub.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri