Deputat: “İcbari tibbi sığorta tətbiq olunduqdan sonra meyitdən orqan köçürülməsi həyata keçiriləcək”
- 01.06.2016, 11:54,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda hələlik icbari tibbi sığorta tətbiq olunmadığından, meyitdən orqan köçürülməsini tətbiq etmək mümkün olmayıb. Amma bu iş hökumətin gündəliyindədir, parlamentin nəzarətindədir. İcbari tibbi sığorta tətbiq olunduqdan sonra Azərbaycanda meyitdən orqan köçürülməsi həyata keçiriləcək”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, meyitdən orqan köçürülməsini həyata keçirməkdən ötrü müvafiq klinikalar olmalıdır: “Yəni istənilən klinikada istənilən həkim bu işi görə bilməz. Bu iş üçün həm də müvafiq komanda olmalıdır. Bu komandada həkimlər, hüquqşünaslar, din xadimləri təmsil olunmalıdır. Dünya ölkələrinin acı təcrübəsi göstərir ki, bəzən biznes məqsədilə hələ dünyasını dəyişməmiş insanlardan orqan götürülməsi halları baş verir. Bunun qarşısını almaqdan ötrü etika komissiyası olmalıdır”.