Siyəzəndə 2 yol qəzası baş verib: 7 yaralı var

Trend Regional TV-yə istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 103-cü km-də, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

"Ford" markalı yük maşınının yoldan çıxaraq aşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar 1988-ci il təvəllüdlü Qazax rayon sakini Mustafa Məmmədov və 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Tahir Cəbrayılovdur. Onlara Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzində ilkin yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Eyni ərazidə baş verən digər bir yol nəqliyyat hadisəsi zamanı isə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 1991-ci il təvəllüdlü Siyəzən rayon sakini Elçin İsgəndərov, 1993-cü il təvəllüdlü Siyəzən rayon sakini Arzu Orucov və Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Fərman Ağayev, 1985-ci il təvəllüdlü Arif Abbasquliyev, 1984-cü il təvəllüdlü Hüseyn Fətullayevdir. Yaralılara Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzində ilkin yardım göstərildikdən sonra onlar ambulator qaydada müalicəyə buraxılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri