“Egypt Air”-ə məxsus təyyarə qəza baş verməmişdən qabaq üç dəfə təcili eniş edib

May ayında qəzaya uğrayan “Egypt Air” aviaşirkətinə məxsus “Airbus” A 320 təyyarəsi qəza baş verməmişdən bir sutka əvvəl üç dəfə təcili eniş edib.

APA-nın məlumatına görə, bu barədə “France 3” telekanalı xəbər verib.

Uçuş zamanı göyərtədə ştatdankənar vəziyyət Eritreyanın paytaxtı Əsməra, habelə Tunis və Misirdən havaya qalxan zaman baş verib. Onların səbəbləri barədə məlumat verilmir.

Paris-Qahirə marşrutu üzrə uçan “EgyptAir” aviaşirkətinə məxsus təyyarə mayın 19-da Aralıq dənizində, İsgəndəriyə şəhərindən 290 km şimalda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 66 nəfər olub. Bir gün sonra təyyarənin qalıqları, sərnişinlərin meyitləri və şəxsi əşyalarının tapıldığı barədə məlumat yayılıb. Hadisə ilə bağlı bir neçə versiya nəzərdən keçirilir. Təyyarənin terror hücumu nəticəsində vurulması ehtimalı da mövcuddur.
Şərhlər
Dünya bölməsinin xəbərləri