Türkiyə Almaniyadakı səfirini geri çağırıb
- 02.06.2016, 17:39,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım açıqlayıb. O, Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasının qəbuledilməz olduğunu bildirib: “Türkiyə bu qərarı əsla qəbul etmir. Yanlış qərardır. Bizim keçmişimiz bəllidir”.
Hökumət sözçüsü Numan Kurtulmuş Türkiyənin bu qərarı yox saydığını söyləyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Almaniyanı ittiham edib: “Öz tarixindəki qaranlıq səhifələri qapatmağın yolu məsuliyyətsiz və əsassız qərarlarla başqa ölkələrin tarixini qaralamaq deyil”.