Azərbaycan prezidenti magistr və doktorantlara möhlət hüququnun verilməsi təşəbbüsü ilə çıxış edib
- 03.06.2016, 14:55,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
Komitə üzvü Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, ölkə başçısı Milli Məclisə təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif edir.
Təklifə əsasən, qüvvədə olan qanunvericilik aktının 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur: “Azərbaycanda elmin və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması cənab prezidentin yeni təhlükəsizlik siyasətinin tərkib hissəsidir. Ordu peşəkarlardan ibarət olmaqla bərabər, alimlər də elm səngərində döyüşə hazılanmalıdılar. Hər il daha çox qocalan elm adamlarımızın orta yaşı 55-dən yuxarı idi. Nəhayət, dövlət rəhbəri tərəfindən belə bir əhəmiyyətli addım atıldı. Milli Məclis gələn həftə layihəyə baxacaq. Ümidvarıq ki, qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkün olacaq”.