Şabranda iki yük maşını toqquşub, ölənlər var

Şabranda ağı yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Yalama yolunun 130-cu km-də Şabran rayonu ərazisində “KamAZ” və “Ford” markalı yük avtomobilləri toqquşub.

Dərhal nazirliyin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:32-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri