Dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib.
FİFA üzvlüyünə qəbul edildikdən sonra ilk rəsmi oyununa çıxan Kosova millisi Farer adalarını 2:0 hesabıyla məğlub edib.
Berqamoda keçirilən Albaniya - Ukrayna oyununda ukraynalılar 3:1 hesabıyla qalib gəlib.
Gürcüstan millisi isə Rumıniya ilə oyunda darmadağın olub - 1:5.
İsveçrə millisi evdə Moldovanı 2:1 hesabıyla məğlub edib.
Maraqlıdır ki, baş tutan matçlarda Azərbaycan çempionatında çıxış edən 3 futbolçu meydana çıxıb ki, onlardan hər üçü məğlubiyyətə üzlüb. Gürcüstanda “İnter”li Nika Kvekveskiri, Moldovada AZAL-lı Stanislav Namaşko və Albaniyanın heyətində “Qarabağ”lı Ansi Aqolli komandalarına kömək edə bilməyiblər.
Yoxlama oyunları
3 iyun
İsveçrə - Moldova - 2:1
Qollar: Cemaili, 12, Mehmedi, 75 - Qinsari, 69.
Kosova - Farer adaları - 2:0
Qollar: Bunyaku, 44. Berişa, 90+4
Rumıniya - Gürcüstan - 5:1
Qollar: Adrian Popa, 2, Amisulaşvili, 3 (öz qapısına), Stanku, 49. Torxe, 80; 87 - Motj, 68.
Albaniya - Ukrayna - 1:3
Qollar: Sadiku, 13 - Stepanenko, 9. Yarmolenko, 49. Konoplyanka, 87
APA