Lavrov Bundestaqın "erməni soyqırımı"nı tanımasının səbəblərini izah edib

"Bu, Türkiyənin bir sıra məsələlərdə tərəfdaşlıq etmək istəməməsi və tərəfdaşlarını təhqir etməsindən irəli gəlir"

“Türkiyənin Bundestaqın erməni soyqırımını tanınması ilə bağlı qərarına reaksiyası qeyri-adekvatdır”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Güman edirəm ki, bütün bunlar Türkiyənin bir sıra məsələlərdə tərəfdaşlıq etmək istəməməsi, dövri olaraq qalmaqal yaratması və tərəfdaşlarını, o cümlədən Avropadakı tərəfdaşlarını təhqir etməsindən irəli gəlir", - deyə o, söyləyib.

S. Lavrov bildirib ki, Moskva Bundestaqın qərarına deputatların öz iradələrini azad ifadə etməsi kimi baxır: “Ola bilsin, layihənin təşəbbüskarlarının səsverməni məhz bu dövrdə keçirməsinə hansısa mülahizələr təsir edib, lakin mən bununla bağlı spekulyasiya yürütmək istəmirəm. Əlbəttə, biz belə bir səsvermənin keçiriləcəyini bilirdik, lakin son anda bundan xəbər tutmuşduq”.
Şərhlər
Dünya bölməsinin xəbərləri