Xaçmazda 50 yaşlı qadın qardaşı oğlu tərəfindən qətlə yetirilib

İyunun 17-i axşam saat 23:00 radələrində Xaçmaz rayonunda qətl törədilib.



APA-nın verdiyi məlumata görə, Xaçmaz rayon Əhmədoba sakini 1981-ci il təvəllüdlü Mövlanov Samir Oqtay oğlu şəxs şəxsi münaqişə zəminində bibisi 1963-cü il təvəllüdlü Xaçmaz şəhər sakinə İskəndərova Gülbikə Şəmsəddin qızını bıçaqlayaraq öldürüb.



Hadisəni törədən şəxs həbs olunub.



Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri