Əməkdar artist Tünzalə Ağayeva “Son zəng” mahnısını qızı ilə birgə ifa edib.
Live.az-ın məlumatına görə, müğənni 16 il əvvəl oxuduğu “Son zəng” bəstəsini səsləndirib.
Mahnını studiyada oxuyarkən qızı Fidanla çəkdirdiyi videonu paylaşan Tünzalə Ağayeva bunları yazıb: “16 ildən sonra “Son zəng” mahnım yeni aranjimanla… Bütün məzunları sevindirəcəyik. Yəqin bu mahnımı yeni nəfəslə səsləndirmək üçün Fidanımın son zəngini gözləyirdim. Bütün məktəblilər və məzunlar üçün oxudum”.
Bəstənin sözləri Əbülfəz İslama, musiqisi Tünzalə Ağayevanın özünə, aranjimanı isə Anar Yusifov və Emin Kərimiyə məxsusdur.
Qeyd edək ki, bu il son zəng 14 iyunda baş tutacaq.