İsveçrədə zəmanətli gəlir haqda referendum keçirilir
- 05.06.2016, 15:03,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsveçrədə əhaliyə zəmanətli gəlirin təqdim edilməsinə dair referendum keçirilir. ANS-in məlumatına görə, əhalinin layihənin leyhinə səs verəcəyi təqdirdə İsveçrənin hər yetkinlik yaşına çatan vətəndaşına onun işləyib-işləməməsindən asılı olmayaraq ayda 2,5 min isveçrə frankı (2,500 ABŞ dolları - red.) veriləcək.
Bu ideyanın tərəfdarları qeyd edirlər ki, iqtisadiyyatın bir çox ənənəvi sahələrində ildən ilə iş yerlərinin sayı robotlaşdırılma səbəbindən azalır. Bununlada bağlı ölkədə artıq ideya tərəfdarlarının bir sıra rəngarəng nümayişləridə keçirilib. Sürix küçələrində robot kostyumu geyinən minlərlə fəal insanları gündəlik çətinliklərdən qurtarmağa çağırıb.
Nümayişin təşkilatçılarından biri Çe Vaqner iddia edir ki, zəmanətli gəlirin tətbiq olunması cəmiyyət qarşısında duran problemlərin ədalətli həlli olacaq.
"İsveçrədə bir sıra işlər ümumiyyətlə maliyyələşdirilmir - bu evdar xanımların işi, xəstə və yaşlılara qulluq, içtimai iş və s. İndi isə bu iş daha çox qiymətləndiriləcək" - deyə o bildirir.
Lakin eyni zamanda referendum bir sıra ciddi suallar da doğurur. Zəmanətli gəlirlərin ödənilməsi tərəfdarları layihənin dövlət büdcəsindən necə maliyyələşdiriləcəyindən xəbərsizdirlər. Onlar sadəcə layihə qəbul olunacağı təqdirdə bu sualın parlament tərəfindən həll olunacağını düşünürlər.
Buna görə də təəcüblü deyil ki, siyasətçilər arasında bu ideya dəstəklənmir - parlamentdə təqdim olunan heç bir partiya onu dəstəkləmir. Siyasətçilər eyni zamanda məsələnin təkcə maliyyə tərəfini deyil, gənclər arasında təşəbbüskarlıq və məsuliyyət hissinin itməsindən narahatdırlar.