Sumqayıt Dövlət Universiteinin tələbəsinin intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub

Sumqayıt Dövlət Universiteinint tələbəsi Əfqan Məmmədovun intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub.

APA-ya Ə. Məmmədovun dostlarından əldə etdiyi xəbərə görə mərhumu ipdən asılı vəziyyətdə ilk görən onun otaq yoldaşları olub.

Gecə saat 04:50 radələrində Ə. Məmmədovun otaq yoldaşlarından biri mətbəxdə onu ipdən asıldığını görüb və digər otaq yoldaşını köməyə çağırıb. Yoldaşları ipi kəssələr də, onun həyatını xilas edə bilməyiblər. Mərhumun üzərində məktub olmayıb.

Yoldaşları Ə. Məmmədovun oxuduğu ali məktəbdə də hər hansı problemi olmadığını, sevgi məsələsinə görə intihar etdiyini ehtimal etdiklərini bildiriblər.

***


Ağdam rayon Mirəşelli kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Əfqan Maqsud oğlu intihar edib.

Ə.Məmmədovun yaxınlarının APA-ya verdikləri xəbərə görə, hadisə Ə. Məmmədovun Sumqayıt şəhərində kirayə qaldığı evdə baş verib.

Ə.Məmmədov Sumqayıt Dövlət Univeristetinin 3-cü kurs tələbəsidir. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri