Müğənni Miri Yusif yeni çəkdirdiyi "Bomba kimi" klipinə təqdimat edib.
Live.az xəbər verir ki, sözləri Miri Yusifin özünə aid olan mahnını ifaçı rusiyalı dicey Matuya ilə birlikdə səsləndirib.
Sənətçi klipin rejissorluğunu Fərhad Əlinin etdiyini bildirib və əlavə edib: "Bir ay ərzində iki layihə üzərində çalışmasam özümü pis hiss edirəm. Matuya peşəkar diceydir. Birlikdə işimiz maraqlı alınıb. Mahnının adını dicey özü seçdi. Mahnının rus versiyasını da hazırlayacağıq. Onu isə Rusiyada təqdim edəcəyik".
Matuya Miri Yusiflə işbirliklərindən söz açıb:
"Yeni il ərəfəsində məni Bakıda klublardan birində işə dəvət etdilər. Bir müddət çalışdıqdan sonra yaradıcılıq baxımından darıxmağa başladım. Məsləhət gördülər ki, Miri Yusiflə çalışım. Onunla tanış oldum və beləcə, işbirliyimiz başladı".