Qazaxıstanda radikal dini cərəyan tərəfdarlarının hücumu nəticəsində 6 nəfər ölüb

Qazaxıstanda radikal dini cərəyan tərəfdarlarının hücumu nəticəsində 6 nəfər ölüb Bu gün Qazaxıstanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərində atışma nəticəsində 6 nəfər ölüb.

APA-nın "Novosti-Kazaxstan" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Almas Sadubaev bildirib.

A. Sadubaev deyib ki, Qazaxıstan Daxili İşlər Nazirliyinə naməlum şəxslərin Aktoba şəhərindəki “Pallada” silah mağazasına, saat 15.45 (Bakı vaxtı ilə saat 13:45) radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum etdikləri barədə məlumat daxil olub. Nəticədə “Pallada” mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb. Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.

A. Sadubaev Aktoba şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib. Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir. Aktoba şəhərində antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.


[media=[media=https://www.youtube.com/watch?v=LmAq5wT-4xg]]

Qazaxıstanda radikal dini cərəyan tərəfdarlarının hücumu nəticəsində 6 nəfər ölüb
Şərhlər
Dünya bölməsinin xəbərləri