Populyar prodüser ad gününü qeyd edir

Populyar prodüser ad gününü qeyd edirBu gün prodüser Tarix Əliyevin (Tolik) ad günüdür.


Live.az-ın məlumatına görə, 37 yaşını qeyd edən prodüser instagramda video ilə bölüşüb.


Rolikdə Tolik özü haqda fikirlərini bildirib: "Hamıya təşəkkür edirəm ki, məni olduğum kimi qəbul edirlər. İnsan həyatda özünə çox şey arzulayır. Mənim arzuladıqlarımın çoxu həyata keçib, kiçik hissəsi qalıb. Heç vaxt milyonçu olmaq, təyyarə almaq istəməmişəm. Valideynlərimin və özümün can sağlığını, evim və avtomobilimin, ətrafımda məni istəyən dostlarımın olmasını arzulamışam. Baxmayaraq ki, ailəm, övladım yoxdur, amma sevənlərim var. Onlar mənim ailəm kimidirlər".


Qeyd edək ki, Tarix Əliyev 1979-cü ildə Bakı şəhərində anadan olub. 1986-ci ildə 141 nömrəli məktəbin 1-ci sinfinə gedib. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirib. Bir dəfə ailəli olduqdan sonra boşanıb. İlk olaraq müğənni Röya Ayxanla işbirliyinə imza atıb. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırıb. Daha sonra Rəqsanə İsmayılova, Aygün Kazımova, Sevda Yahyayeva kimi məşhurlarla çalışıb. Hazırda Elton Hüseynəliyev, Sevil və Sevinc Səfərova bacılarının prodüserliyini edir.



Video mesajı live.az oxucularına təqdim edirik:


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri