Boşanma xəbəri yayılan aparıcı Samirə danışdı
- 06.06.2016, 18:52,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün mətbuatda ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı, "Xəbərlər" proqramının keçmiş aparıcısı Samirə Mustafayevanın boşanması xəbərləri yayılıb.
Jurnalistlər bunu xəbərlə bağlı tanınmış və sevilən teleaparıcı ilə əlaqə saxlayıb.
"Bayaqdan telefonlarım susmur. Bu barədə danışmaq istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Şəxsi məsələrlə bağlı heç kimə açıqlama vermək iqtidarında deyiləm.
Boş-boş xəbərlərdir. Belə bir şey yoxdur. Yayılan mənasız dedi-qoduya qoşulmaq niyyətində deyiləm", - deyə Mustafayeva açıqlama verib.
----------
10:57
ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı Samirə Mustafayeva yollarını ayırıb.
Cütlük boşanma ərəfəsindədir. Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar.
Xatırladaq ki, ATV-də "Xəbərlər" proqramının aparıcılığını edən S.Mustafayeva bir müddət öncə telekanaldakı işindən ayrılıb. O, açıqlamasında bundan sonra özünü başqa sahədə sınayacağını bildirib.
Qeyd edək ki, Vaqif Aydınoğlu və Samirə Mustafayeva 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib.
Axşam.az, Milli.Az, Oxu.Az , live.az