Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunda 2016-cı ilin ilk 4 ayında vətəndaşlardan daxil olan 129 şikayətə baxılıb.

Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müraciətlərdən 32-si təkrar olub.

Dörd ayda sektora 502 xidməti məktub daxil olub ki, onlar da 308-i araşdırılıb və cavablandırılıb. Yoxlama tədbirləri nəticəsində 11 saxta diplom aşkarlanıb, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri