Milanın İnter klubu "Kitayski" oldu

Milanın "İnter" klubu satılıb.


Çinin "Sinning Commerce" şirkəti klubun 68,55 faiz səhmlərinə sahib olub.


Bunun üçün asiyalılar 270 milyon avro ödəyib. Bunu açıqlamasında Milan təmsilçisinin prezidenti Erik Thohir deyib. Hissələrin 31 faizinə sahib olan indoneziyalı iş adamı klub prezidenti postunda qalacaq.


O, sözügedən postdan birdəfəlik getməsi üçün çinlilər səhmlərin tamamını almalıdır.


"İnter"də 16 il prezident olmuş Massimo Morattinin özünəməxsus hissələrinin 30 fiazi də çinlilərin aldığı səhmlərə daxildi. Bununla da onun klubla bağlantısı qalmayıb.
Şərhlər
İdman bölməsinin xəbərləri