Tolik ad gününü qeyd edir
- 07.06.2016, 13:03,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün prodüser Tarix Əliyevin (Tolik) ad günü qeyd edir.
Live.az-ın məlumatına görə, dünən, 6 iyunda, populyar prodüser Tolikin ad günü idi, ancaq işlərin çox olması səbəbindən tədbir bu gün baş tutacaq.
Səhər Xəzər telekanılında Sevil və Sevinc bacılarının aparıcılığl ilə yayımlanan «Hər şey daxil verlişndə qonağı olub.
Prodüser təbrik etmək üçün verlişə Abbas Bağırov, Sevda Yəhyayeva, Fatimə Fətəliyeva və Elton Hüseynəliev qatılıblar.
Bu gün axşam isə paytaxtımızın dəbdəbəli məkanların birində ad gününü qeyd edəcək.
Xatırladaq ki, 37 yaşını qeyd edən prodüser dünən təəssüratlarını bölüşüb: “Hamıya təşəkkür edirəm ki, məni olduğum kimi qəbul edirlər. İnsan həyatda özünə çox şey arzulayır. Mənim arzuladıqlarımın çoxu həyata keçib, kiçik hissəsi qalıb. Heç vaxt milyonçu olmaq, təyyarə almaq istəməmişəm. Valideynlərimin və özümün can sağlığını, evim və avtomobilimin, ətrafımda məni istəyən dostlarımın olmasını arzulamışam. Baxmayaraq ki, ailəm, övladım yoxdur, amma sevənlərim var. Onlar mənim ailəm kimidirlər”.
Tarix Əliyev 1979-cü ildə Bakı şəhərində anadan olub. 1986-ci ildə 141 nömrəli məktəbin 1-ci sinfinə gedib. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirib. Bir dəfə ailəli olduqdan sonra boşanıb. İlk olaraq müğənni Röya Ayxanla işbirliyinə imza atıb. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırıb. Daha sonra Rəqsanə İsmayılova, Aygün Kazımova, Sevda Yahyayeva kimi məşhurlarla çalışıb. Hazırda Elton Hüseynəliyev, Sevil və Sevinc Səfərova bacılarının prodüserliyini edir.