İstanbulda polis avtomobili partladılıb, 11 nəfər ölüb, 36 nəfər yaralanıb
- 07.06.2016, 13:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
APA-nın “Milliyrt”ə istinadən verdiyi xəbərə görə, ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.
Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.
***
İstanbulda törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
APA-nın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, ölən və yaralananların polis və mülki şəxs olduğu hələlik məlum deyil.
Park olunmuş avtomobilin partladılmasından sonra eyni yerdə ikinci partlayış səsi eşidilib.
***
İstanbulda növbəti terror aktı törədilib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib.
Partlayıcı qurğunun uzaqdan idarə olunan mexanizmlə işə salındığı ehtimal edilir. Partlayışdan sonra polis əməkdaşları havaya atəş açıb.
İlkin məlumata görə, hadisə zamanı biri ağır olmaqla 5 polis yaralanıb.