Putin: “Rusiya “Cənub axını” və “Türk axını” layihələrindən imtina etməyib”
- 08.06.2016, 10:34,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya “Cənub axını” və “Türk axını” layihələrindən qəti olaraq imtina etməyib, sadəcə, Avropa Komissiyasının aydın mövqeyi gərəkdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.
“Qara dənizin dibi ilə qaz ixrac marşrutlarına gəlincə, Türkiyə ilə bağlı məlum siyasi çətinliklər var. Lakin biz heç bir layihədən – nə “Cənub axını”, nədə ki “Türk axını” layihələrindən qəti olaraq imtina etmirik. Bizə, sadəcə olaraq, Avropa Komissiyasının aydın mövqeyi gərəkdir – aydın, anlaşılan, tam başa düşülən mövqe. Lakin, qeyd olunan layihələrin heç biri ilə bağlı bunu, hələ ki, görmürük”, - deyə Putin bildirib.
Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçəcək “Cənub axını” qaz borusu layihəsindən imtina etdiyini bəyan edib. “Türk axını” layihəsi isə Moskva-Ankara münasibətlərinin soyuması səbəbindən dondurulub.