Premium kinoteatr “CinemaPlus” 28 Mall ilk dəfə olaraq Azərbaycanda dünya premyerasından 3 gün öncə, ən çox gözlənilən “Yalan illuziyası 2” filminin qapalı premyera öncəsi nümayişini keçirib.
Foye filmin üslubunda bəzədilmişdir, hər yerdə kartlar, pullar, sirli sandıqlar və seyflər var idi. Filmdən öncə qonaqları sürpriz gözləyirdi – dəvət olunmuş sehirbaz öz bacarıqlarından bir neçəsini nümayiş etdirmişdir. Həmçinin hədiyyəli müsabiqələr keçirilmişdir.Həmin gecənin qonaqları şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri olmuşdurlar.
Filmin nümayişindən öncə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə tədbir iştirakçılarını “CinemaPlus”un fəaliyyətinin genişləndirilməsinin əsas istiqamətləri haqqında məlumat vermişdir. Onun sözlərinə görə, ilin sonunda “Azərbaycan” kinoteatrının yerində və Ganjlik Mall ticarət mərkəzində kinoteatrın yeni şəbəkələri açılacaq. Bu yay isə kino həvəskarları Bakının şəhərətrafında yerləşən "Amburan Mall"da üç zaldan ibarət kinoteatra da gələ biləcəklər.
Cinema Distribution şirkətinin baş direktoru Faiq Kazımov qeyd etmişdir ki, şirkət hər zaman azərbaycanlı tamaşaçıları dünya kino tarixində ən yaxşı premyeralar ilə sevindirəcək və xoş surprizlər edəcək. Qeyd olunmuşdur ki, ən çox gözlənilən filmlərin premyera öncəsi nümayişlərin keçirilməsi təcrübəsi də həmçinin davam etdiriləcək.
Nümayişin sponsorları Su idman sarayı, kosmetika istehsalçısı Gazelli Group, Nomination İtaliya brendi, Alman mebel və aksessuar brendi olan KARE Design və AVTO FM radiosu olmuşdu.
Film rəsmi olaraq “Cinema Distribution” şirkəti tərəfindən təqdim edilib.
Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib, hansı ki, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.